Abdullayev məğlubiyyətə baxmayaraq, azarkeşlərin milli komandaya dəstək olmasını istəyib. Ölkənin ali futbol qurmunun rəhbəri hal-hazırda yerli məşqçilər arasında Foqtsu əvəzləyəcək çalışdırıcının olmadığını deyib. AFFA prezidenti millət vəkili Sabir Rüstəmxanlının “futbolçularımız bir sürü qoyundu” ifadəsinə qəti etiraz edib. Abdullayev gənc futbolçulara qoyun deyən şəxsi ziyalı saymadığını və Sabir Rüstəmxanlının bu sözləri deməyə haqqı çatmadığını söyləyib.
/// Mənbə: Premyerliqa.az