Son aylar müğənni Röya ilə prodüsser Tolikin arasından deyəsən pişik keçib. Hazırda "Maşın" realiti şounun 11-ci buraxılışının iştirakçlları olan hər iki ulduz küsülüdürlər. Müşahidələrimizə görə Tolik Röya ilə barışmağa can atır. Ancaq, prodüsser nə günah işlədibsə, Röya yumşalmaq bilmir ki, bilmir...
Hətta Tolik Röyanın oyundan kənarlaşdırılmaq təhlükəsi qarşısında qaldığı halda, onun əvəzinə özünün şounu tərk etməyə hazır olduğunu dilə gətirdi. Röya isə Tolikin bu jestini qiymətləndirmək bir yana, şoudan kimi isə kənarlaşdırmaq imkanı qazanarsa, ilk növbədə Tolikin adını çəkəcəyini bəyan etdi: "Buradan ilk çıxaracağım şəxs Tolik olacaq!"
Röya ilə Tolikin belə küsülülükləri indiyədək çox olsa da, qısa çəkib. Onların dostluğu artıq illərin sınağından çıxıb. Artıq Tolik Röyasız, Röya da Toliksiz qala bilmir...
//ANS Press