Röyadan Sevda ilə Samirə sərt ismarıc

Röyadan Sevda ilə Samirə sərt ismarıc
ŞOU-BİZNES
08:27 23.05.2011
1808

Əslində həmişə səmimi və kəskin açıqlamaları ilə tanınan müğənninin ad çəkməməsi bir qədər qəribə görünsə də, bu, çox da uzun sürmədi. Röya bu dəfə sərt mesajlarını dəqiq ünvanlara yolladı. Müğənni “Space”ə müsahibəsində bir vaxtlar isti münasibətdə olduğu Samir Cavadzadə və Sevda Yahyayevanı ayağının tozu adlandırıb. Röya hətta efirdə ayaqqabısını çıxarıb kameraya göstərərək “Siz mənim üçün bax busunuz və mən bununla torpağın üstündə gəzirəm” deyib.

Bəs görəsən, müğənnini bu qədər qəzəbləndirən nə olub? Yaradıcılıq işlərindən başını qaşımağa macal tapmayan Röyanı həmkarlarının hansı hərəkətləri özündən çıxarıb? Əslində bu tip açıqlamalar daha çox tərəflərdən birinin haqsızlıqla üzləşdiyi hallarda səslənir. Elə Röya özü də bir cümləsilə buna işarə vurub. “Vaxtilə məni heç kim dəstəkləməyib”. Doğrudan da, müğənni ilk addımlarında nəinki həmkarlarının dəstəyini almış, əksinə, uğurlarını böyük tənqidlərlə çarpışa-çarpışa əldə etməli olmuşdu. Röyanın kimlərlə hansı qalmaqallara imza atması çoxlarının xatirindədi. Şou-biznes tarixinə nəzər salsaq, yəqin ki, Röyanı dəstəkləyən sima tapmaq çox çətin olar. Müğənni ona gərək olan dəstəyi artıq ehtiyac duymadığı vaxtlarda aldı. Bu üzdən də Röyanın bugünki aqressiyasını haradasa başa düşmək olar.

İstər Röyayla işbirliyindən sonra aylarla, illərlə yoxa çıxan Samir Cavadzadədən, istərsə də uzun müddət Röyanın fonunda az qala ulduza çevrilən yeni ulduz Sevda Yahyayevadan gördüyü münasıbət, bu gün səhnənin ən əsas fiqurlarından birinə çevrılən Röyanı hələ deyəsən çox səfərbər edəcək. Kim bilir, həmkarlarını təmənnasız dəstəkləyən Röya bəlkə də bundan sonra Aygün Kazımovanın təcrübəsindən yararlanacaq, onun Milli.Az-a müsahibəsində “Rəqsanə mənim üçün adi müştəridir və mən onun tədbirlərinə qonorar müqabilində qatılıram” kimi fikirlərinə haqq qazandıracaq?

Yeri gəlmişkən, Röya "Space"ə müsahibəsində Rəqsanə ilə münasıbətlərinə də aydınlıq gətirib: “Mənim Rəqsanə ilə heç bir problemim yoxdur. Görünür, Rəqsanə bu açıqlamalarla reklam yaradır”.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Mənim balamı zülümlə öldürüb" - VİDEO
14:57 21.05.2025
“Mənim balamı zülümlə öldürüb" - VİDEO
"Sevgi bu tarxidə 12 bürcün qapısını döyəcək" - Astroloqdan AÇIQLAMA
14:48 21.05.2025
"Sevgi bu tarxidə 12 bürcün qapısını döyəcək" - Astroloqdan AÇIQLAMA
Məşhur filmin yayım tarixi bəlli oldu
14:43 21.05.2025
Məşhur filmin yayım tarixi bəlli oldu
Türkiyədə gənc anası ilə görüntülü danışarkən ÖLDÜ
14:39 21.05.2025
Türkiyədə gənc anası ilə görüntülü danışarkən ÖLDÜ
Əfqanıstanda kömür mədənində partlayış: Ölən və yaralananlar var
14:29 21.05.2025
Əfqanıstanda kömür mədənində partlayış: Ölən və yaralananlar var
Məşhur bloger Gömrük Komitəsindən şikayət etdi: "İşçilərinizin özbaşınalığı vətəndaşları boğaza yığıb!"
14:28 21.05.2025
Məşhur bloger Gömrük Komitəsindən şikayət etdi: "İşçilərinizin özbaşınalığı vətəndaşları boğaza yığıb!"
Abşeronda evə gec gələn kişi arvadının başında fincan sındırdı
14:24 21.05.2025
Abşeronda evə gec gələn kişi arvadının başında fincan sındırdı
İmişlidə qalmaqallı hadisədən sonra Ağsaqqallar Şurasına yeni sədr seçildi
14:15 21.05.2025
İmişlidə qalmaqallı hadisədən sonra Ağsaqqallar Şurasına yeni sədr seçildi
Ramiz Rövşən: " Nəzakət Teymurova dinlədiyim tək xanəndələrdəndir"
14:12 21.05.2025
Ramiz Rövşən: " Nəzakət Teymurova dinlədiyim tək xanəndələrdəndir"
Məhkəmə Azər Qasımlı ilə bağlı qərar verdi
14:11 21.05.2025
Məhkəmə Azər Qasımlı ilə bağlı qərar verdi
ABŞ-də erməni mütəşəkkil cinayətkar dəstənin 13 üzvü saxlanıldı
14:01 21.05.2025
ABŞ-də erməni mütəşəkkil cinayətkar dəstənin 13 üzvü saxlanıldı
Müstəqillik Gününə həsr olunmuş konsert keçiriləcək
13:48 21.05.2025
Müstəqillik Gününə həsr olunmuş konsert keçiriləcək
DGK ölkəyə idxalın kəskin artmasının səbəbini AÇIQLADI
13:46 21.05.2025
DGK ölkəyə idxalın kəskin artmasının səbəbini AÇIQLADI
Şavkat Mirziyoyev: Türk Dövlətlərinin birgə universitetinin yaradılması planlaşdırılır
13:31 21.05.2025
Şavkat Mirziyoyev: Türk Dövlətlərinin birgə universitetinin yaradılması planlaşdırılır
Ərdoğan: İlham Əliyev bölgəyə sülhü gətirəcək lider olaraq tarixə düşəcək
13:29 21.05.2025
Ərdoğan: İlham Əliyev bölgəyə sülhü gətirəcək lider olaraq tarixə düşəcək
Bakıda avtobusdakı insidentin TƏFƏRRÜATI: Ailədaxili münaqişə zəminində baş verib
13:27 21.05.2025
Bakıda avtobusdakı insidentin TƏFƏRRÜATI: Ailədaxili münaqişə zəminində baş verib