Röyanın 17 yaşlı ən sevimli fanatı dünyasını dəyişib

ŞOU-BİZNES
14:10 29.04.2011
2095

Müğənni Röyanın 17 yaşlı fanatı dünyasını dəyişib. ANS PRESS-in məlumatına görə, Nuru adlı fanat uzun sürən ağır xəstəlikdən sonra dünən gecə saat 03:00 radələrində keçinib. 

Müğənninin prodüsseri Kənan ANS PRESS-ə açıqlamasında bu bəd xəbəri hələ Röyaya çatdırmadıqlarını bildirdi: "Röya Nurunun öldüyündən xəbərsizdir. Bu günə əvvəlcədən planlaşdırılmış bir neçə çəkilişi olduğu üçün Röyanın bilməməsini məsləhət bildik. Röya onu çox sevirdi... xəbərin onu sarsıdacağını bilirik. Bu gecə, ya da səhər ona deyəcəyik. Çünki, Nurunun 3 mərasimini biz verəcəyik. Röya da məclisdə iştirak etməlidir".

ANS PRESS-in əldə etdiyi məlumata görə, valideyn himayəsindən məhrum olmuş Nurunu atasının qohumları böyüdüb. O, Röyanın ən fəal fanatlarından imiş. Müğənninin bütün çəkilişlərində, konsertlərində iştirak edirmiş. Hətta Nuru xəstəxanada müalicə olunan zaman Röya bir neçə dəfə onu ziyarət edib. Axı Nuru da Röyanın ən sevimli fanatı idi...

 

OXŞAR XƏBƏRLƏR