Rəşad Məcid: "Gün gələcək Röya mediaya möhtac olacaq" (EKSKLÜZİV)

ŞOU-BİZNES
21:35 13.01.2011
4145

 

 Mövzuyla bağlı jurnalistlərin fikrini təqdim etmişdik.

 AZXEBER.COM portalı olaraq “525”-ci qəzetin baş redaktoru Rəşad Məcidin də fikirlərini öyrəndik. “Röya 30 faiz öz sənəti ilə məşhurlaşıbsa, 70 faiz də medianın gücü ilə populyarlaşıb. Onun bu gün medianı tənqid etməyi sadəcə özünəvurğunluğunun göstəricisidir. Gün gələcək Röya mediaya möhtac olacaq. Necə ki, ondan əvvəlkilər mediaya möhtac olublar. Mən məşhurluqdan başı dönən insanlara demək istərdim ki, mətbuatın onların həyatında böyük rolu var. Onlar heç vaxt bunu unutmamalıdırlar. Röya heç “525-ci” qəzetin mövzusu deyil və ola da bilməz. Onun mətbuatı məhkəməyə verməsi isə çox gülünc görünür”. 

OXŞAR XƏBƏRLƏR