AZXEBER.COM-a verilən məlumata görə, “Rəngarəng” verilişi hər həftənin 5-ci günü saat 20.30-da Lider TV-də yayımlanacaq. Verilişdə ölkəmizin tanınmış idmançıları, şou adamları qonaq qismində iştirak edəcək. Verilişin aparıcısı Zaur Nəbioğlu olacaq. O, qonağı ilə birlikdə səhərdən axşama qədər bir neçə məkanda olacaq. Verilişin özəlliyi ondadır ki, qonaq haqda ən yaxın qohumları, qonşuları, tanışları danışacaqlar. Bir sözlə, “Rəngarəng”in sayəsində ulduzları bir daha kəşf edəcəksiz.
Qeyd edək ki, verilişin ilk qonağı tanınmış müğənni Rəhim Rəhimlidir. Veriliş 1 aprel saat 20.30-da Lider TV-də efirə gedəcək. Aynurə xanımın dediyinə görə, Rəhimli verilişdə şok açıqlamalar verib. Açıqlamaların nədən ibarət olduğunu bilmək istəyirsinizsə, “Rəngarəng”I mütləq izləyin.