Fatimə Məşhəd ziyarəti zamanı İranın paytaxtı Tehranda yerləşən klinikalardan birinə baş çəkdiyini də gizlətməyib: “Qızım Aydanın səhhətində kiçik problemlər yaranmışdı. Ziyarətimizi tamamladıqdan sonra Tehranda klinikada onu həkim müayinəsindən keçirdik. Allaha min şükür ki, səhhətində elə bir qorxulu şey yox idi. Allah-Təala Aydanımın timsalında bütün övladları saxlasın! Və hər birimizin ürəyində dinimizə olan imanımızı daha kamil etsin! Amin!”.