ANS PRESS-in məlumatına görə, Elşad Xoseyə ərə getməyə hazırlaşan Oksana Rəsulova sən demə hal-hazırda rəsmən başqa kişinin arvadı imiş. Oksana bir dəfə ailəli olduğunu açıqlamışdı. Amma ikinci dəfə rəsmi olaraq ailə qurduğundan indiyədək heç kimin xəbəri yox idi.
Oksana isə deyilənlərin iftira olduğunu, Haqay Avenilovla sadəcə vaxtilə nişanlı olduqlarını söyləyib: "O insan məni məhv etmək istəyir. Mənim onunla ayrılmağımla barışa bilmir. Səbəbini sizə sonra deyərəm. Bu nə telefon söhbətidir, nə də mətbuata deyiləsi deyil. Həm də, o, evlidir. Mənimlə necə nikaha girə bilər?"
Qeyd edək ki, rəsmi nikah sənədinə görə onlar ötən ilin iyul ayında evləniblər. Rəqqasə Oksana isə Haqay ilə nişanlandığını təxminən həmin ərəfədə elan etmişdi. Belə olan halda ortaya bir sual çıxır, əgər Haqay ailəlidirsə, Oksana niyə onu mediaya nişanlısı kimi təqdim edirdi?
Başqa xəbər isə Oksana Rəsulovanın Rusiyanın Blaqoveşensk şəhərində 2 nömrəli Vilayət Xəstəxanasında 3 ay stasionar müalicə alması oldu. Rəqqasənin bu xəstəxanada psixiatorun nəzarəti altında müalicə edildiyi göstərilir. Sənəddə Oksana Rəsulovanın xəstəxanaya daxil olan zaman daxili gərginlik, əhval-ruhiyyənin tez-tez dəyişməsi, qıcıqlanma, küskünlük, taqətdən düşmə, fikir dağınıqlığı, unutqanlıq əlamətlərindən əziyyət çəkib. Xəstəyə baxış zamanı sayıqlama və hallisunasiya əlamətlərinin müşahidə olunmadığı qeyd olunur.
Oksana Rəsulovanın özünün bununla bağlı cavabı maraqlı olub: “Mən ilk dəfə boşananda güclü stress keçirdiyimdən psixoloqun yanına getmişəm. Amma xəstəxanada yatmağım, bu, ağ yalandır. Bunlar hamısı mənim keçmiş nişanlımın iftiralarıdır. Bunların hamısı ağ yalandır. O məni məhv eləmək istəyir".