Rəqqasə Oksananın daha bir yalanı üzə çıxdı (FOTO)

Rəqqasə Oksananın daha bir yalanı üzə çıxdı (FOTO)
ŞOU-BİZNES
11:16 16.07.2011
2340

Rəqqasənin əri Haqay Avenilov ANS PRESS-ə açıqlamasında daha bir faktı açıqlayıb. Bu, rəqqasənin Rusiya pasportu ilə bağlıdır. Jurnalistlərin yadındadırsa, rəqqasənin qalmaqallı mətbuat konfransında biz ondan ərinin pasportunu niyə cırdığını soruşmuşduq. Oksananın cavabı belə olmuşdu: “Əvvəlcə Haqay mənim pasportumu cırıb. Mən də əvəzində onun pasportunu cırdım”.

Haqay Avenilov mətbuat konfransınından sonra Oksananın yalan dediyini və onun pasportunu cırmadığını demişdi. İndi isə o, Oksana Eyvaz qızı Rəsulovanın Rusiya pasportunun surətini ortaya çıxarıb. Oksananın Rusiya vətəndaşı olduğunu təsdiq edən sənəd 24.12.2007 tarixində verilib.

Xatırladaq ki, Oksana Rəsulovanın rəsmi nigahda olduğu Haqay Avenilov arvadının Elşad Xose ilə münasibətlərindən xəbər tutduqdan sonra boşanmağa ərizə vermək istədiyini, lakin Oksananın buna mane olmaq üçün onun pasportunu cırdığını bildirmişdi.

OXŞAR XƏBƏRLƏR