Rəqsanə məşhurluğunun sirrini açıqladı

Rəqsanə məşhurluğunun sirrini açıqladı
ŞOU-BİZNES
15:04 21.05.2011
1687

Azərbaycanın populyar müğənnisi Rəqsanə Space TV-nin "Olduğu kimi" verilişində məşhurluğunun sirrini açıqlayıb. AZXEBER.COM-un Day.Az saytına istinadən verdiyi məlumata görə, müğənni verilişdə məsləhətlər də verib.

Gənc ifaçılara populyar olmağın yollarını izah edən Rəqsanə deyib: "Mən yalnız sponsorlar hesabına belə populyarlıq qazandığımı heç zaman gizlətməmişəm. Onlar olmasaydı, hələ də yalnız toylarda oxuyurdum və məni heç kim tanımırdı. Eyni zamanda, mahnı seçimindən də çox şey asılıdır".

Bütün bunlar üçün pul tələb olunduğunu deyən Rəqsanə məhz bu üzdən sponsora ehtiyacın olduğunu söyləyib: "Populyar olmaq üçün çox əziyyətlər çəkmişəm. Amma buna görə peşman deyiləm".

Rəqsanə qızının müğənni olmasını istəmədiyini də söyləyib: "İstəyirəm ki, onun xoşbəxt, mehriban ailəsi olsun, onu hər şeylə əri təmin etsin".

 

OXŞAR XƏBƏRLƏR