Müğənni böyük məmnuniyyətlə AZXEBER.COM portalının suallarını cavablandırdı. Müsahibəni olduğu kimi təqdim edirik.
- Nəyə görə jurnalın adı məhz "Rec" adlanır?
- REC yeni bir başlanğıc deməkdir. Kamera və diktafonda REC-siz qeyde almaq mümkün deyil. Mən də bu jurnal vasitəsi ilə həyatımda yeni bir səhifə açmaq istəyirəm.
- Bu jurnalın yaradılmasında əsas məqsəd nədir?
- Bu jurnalla həyatımda olan bəzi problemləri sona çatdırıb, çox şeyə yenidən başlamaq istəyirəm.
- Bildiyimiz kimi, Röya və Aygün Kazımovanın da jurnalı var. Bu jurnalın onlardan ən böyük fərqi nə olacaq?
- İnşAllah onu zaman göstərəcək. Biz çalışacağıq ki, fərqli ve oxucu marağına səbəb olan bir jurnal ortalığa çıxaraq. Hər şeyi zaman göstərəcək. İnanıram ki, bu jurnal tam fərqli olacaq.
- Ola bilərmi ki, Rəqsanə bu jurnalı düşmənlərini vurmaq üçün açıb?
- Mənim düşmənim yoxdur. Ola bilər kimsə məni özünə düşmən saysın. Amma yenə də deyirəm bu həyatda mənə pislik eden insan belə mənim düşmənim deyil.
- Jurnalın yazarları kimlər olacaq?
- Yazarlar mətbuatda tanınan simalar olacaq. Gələcəkdə isə biz öz kollektivimizə yazıları ilə seçilən, fərqlənən jurnalistləri dəvət edəcəyik. Kollektivimizi günü-gündən genişləndirməyi düşünürük.
Yeri gəlmişkən nəzərinizə çatdırım ki, bu jurnalda çox fərqli və çox maraqlı fotolar olacaq. Həmin fotolar bu günə kimi heç yerdə yayımlanmayıb
- Sonda AzXeber.com portalının oxucularına nə demək istərdiz?
- Sizin portala uğurlar və bol oxucu kütləsi arzulayıram. Bir daha təşəkkürlər.