Rəqsanə Moskvada kiminlə gəzişir?

ŞOU-BİZNES
20:12 01.12.2010
2226

Müğənni Rəqsanə Moskvadan qayıdıb. Azxeber.com portalının “Milli.az”a istinadən verdiyi xəbərə görə, Rəqsanə Rusiyanın paytaxtında yeni klip çəkdirib. Musiqisi Rövşən Nicata məxsus olan “Təkcə səni” mahnısı ekranlaşdırılıb və bunun üçün, Rəqsanənin tərəf müqabili kimi Türkiyədən model də dəvət olunub. 

"Bu klip üçün Türkiyədən model Tuğrul Aksoyu dəvət etdik. Tuğrul Türkiyədə populyar model və aktyordur" - deyə Rəqsanə məlumat verdi. 

Onun sözlərinə görə, Moskvada çəkilmiş klipə 8 min dollar pul xərcləyib.

Müğənni yanvarın 5-də klipininin təqdimat mərasimini keçirməyi planlaşdırır: “Jurnalistlərlə görüşməyimin bir neçə səbəbi var. Mətbuat konfransında, gələn ilin əvvəlində - yanvarın 13-də Heydər Əliyev Sarayında keçiriləcək konsertim barədə ətraflı məlumat veriləcək. Həmçinin yeni klipim və yenicə hazırlanan "Hər şey geridə qaldı" adlı albomum təqdim olunacaq. Bu ad məni o qədər cəlb etdi ki, üç bəstəkara müraciət etmişəm ki, bu adla bağlı mahnı yazsınlar” - deyə Rəqsanə açıqlama verdi.

Rəqsanənin Moskvada çəkilmiş klipindən eksklüziv görüntüləri təqdim edirik.

 

OXŞAR XƏBƏRLƏR