“Rabitə” Çempionlar Liqasında 5-ci qələbəsini qazanıb

İDMAN
11:00 12.12.2013
904
Qadın voleybol komandaları arasında keçirilən Çempionlar Liqasında V turun növbəti matçları çərçivəsində Azərbaycan çempionu “Rabitə” “Sərhədçi” Olimpiya Mərkəzində Fransanın “Beziers” komandasını 3-1 (25:15; 23:25; 25:10; 27:25) hesabı ilə məğlub edib.ANS PRESS-in verdiyi xəbərə görə, bu komandalar arasında səfərdə keçirilən oyunda da bakılılar 3:0 hesabı ilə qalib gəlmişdi. Xatırladaq ki, bu turdan öncə pley-offa vəsiqəni təmin edən “Rabitə” voleybolçuları dalbadal 5-ci qələbəsini qazanaraq xallarının sayını 14-ə çatdırıb və yenə də qrupun lideri olub.Bu gün qadın voleybol komandaları arasında keçirilən CEV kubokunun da 1/8 final mərhələsinin cavab oyunları keçirilib. Ölkəmizi bu turnirdə təmsil edən “Lokomotiv” voleybolçuları İsrailin Raananada şəhərinin “Metrovest” İdman Sarayında “Hapoel” klubu ilə cavab görüşündə də rəqibinə aman verməyib: 3:0 (18:25, 14:25, 11:25).
OXŞAR XƏBƏRLƏR