“Rabitə” klubu Dünya Çempionu oldu

“Rabitə” klubu Dünya Çempionu oldu
İDMAN
20:58 14.10.2011
2446

Qətərin paytaxtı Dohada keçirilən qadın voleybolçular arasında dünya çempionatı başa çatıb.

Apasport.az saytının məlumatına görə, bu gün keçirilən 2 oyunla mundiala yekun vurulub.

Əvvəlcə yarışda bürünc mükafatçının adına aydınlıq gəlib. Üçüncü yer uğrunda oyunda “Sollis Nestle” (Braziliya) “Mirador”u (Dominikan Respublikası) sınağa çəkib. Maraqsız keçən oyunda mundialın son finalçısı olan braziliyalılar asan qələbə qazanıblar. Ardınca möhtəşəm final olub. Həlledici görüşdə Azərbaycanın “Rabitə” klubu bu il “Vakıfbank Günəş TTelekom”un (Türkiyə) gücünü bir daha yoxlayıb. Çempionlar Liqasının finalında türklərə 0:3 hesabı ilə uduzan Bakı komandası bu dəfə revanş almağı bacarıb. Ötən mövsümlə müqayisədə heyətini gücləndirən və yeni baş məşqçiyə etibar edilən “Rabitə” dünya çempionatında məğlubiyyət nə olduğunu bilməyib. Onlar mundialda bu matça kimi 1 set belə uduzmayan rəqiblərə 3:0 hesabı ilə qalib gələrək, debütdəcə tarixi zəfər qazanıblar. Belə ki, qarşılaşma komandamızın uğurlu startı ilə başlayıb. Birinci texniki fasiləyə 6 top öndə (8:2) yollanan voleybolçularımız daha sonra rəqibin müqaviməti ilə üzləşsə də, üstünlüyü əldən verməyiblər. Nəticədə “Rabitə” hissəni 10 xal fərqi ilə irəlidə bitirib və ilk seti aktivinə yazıb. İkinci hissənin əvvəli “Vakıfbank Günəş TTelekom” təşəbbüsə yiyələnib və ilk texniki fasiləyə öndə yollanıb – 8:6. Lakin təcrübəli serbiyalı mütəxəssis Zoran Qayiçin tapşırıqları yenidən oyunu “Rabitə”nin xeyrinə dəyişib. Növbəti texniki fasilədə artıq Azərbaycan çempionu hesabda irəlidə olub – 16:15. Bundan sonra türkiyəli voleybolçuların oyunları alınmayıb. Komandamız 9 xala sahib olduğu halda, rəqib bunun 3-də birini qazanıb – 25:18. Üçüncü hissəni isə rəqib şokda keçirib. Bundan məharətlə istifadə edən “Rabitə” “Vakıfbank Günəş TTelekom”a daha da çətin anlar yaşadıb. Blokda keçilməz olan voleybolçularımızın hücumda qarşısıalınmaz, müdafiədə isə səhvsiz oynayıblar. Yekunda gözlənildiyi kimi, seti 16 xal üstünlüklə bitirən komandamız 3:0 hesabı ilə tarixi qələbə qazanıb. Bununla da, “Rabitə” həm “Vakıfbank Günəş TTelekom”dan qisasını alıb, həm də adını idman tariximizə qızıl hərflərlə yazdırıb. Qeyd edək ki, indiyə kimi Azərbaycan klubları nəinki dünya çempionatında medal qazanmışdılar, heç iştirak da etməmişdilər.Final19:00. “Vakıfbank Günəş TTelekom” - “Rabitə” - 0:3 (15:25, 18:25, 9:25)III yer uğrunda
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
09:42 27.02.2026
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
09:41 27.02.2026
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
09:39 27.02.2026
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
09:30 27.02.2026
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
09:28 27.02.2026
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
Azərbaycanda pensiyaların artırılması təklif olunur
09:23 27.02.2026
Azərbaycanda pensiyaların artırılması təklif olunur
Bakıda bu yollarda sıxlıq var - siyahi
08:37 27.02.2026
Bakıda bu yollarda sıxlıq var - siyahi
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
08:14 27.02.2026
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
05:08 27.02.2026
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
03:46 27.02.2026
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
02:27 27.02.2026
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
01:49 27.02.2026
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
01:12 27.02.2026
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
00:42 27.02.2026
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
00:02 27.02.2026
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO
23:50 26.02.2026
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO