Kamran Əliyev Çinə səfər edib

Kamran Əliyev Çinə səfər edib
SİYASƏT
17:28 13.04.2026
1026
Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqun dəvətilə Şanxay şəhərinə işgüzar səfərə gedib.

Bu barədə Baş Prokurorluqdan bildirilib.

Səfər çərçivəsində Baş prokurorla Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonq arasında ikitərəfli görüş keçirilib.

Nümayəndə heyətini salamlayan Yinq Azərbaycan və Çinin strateji tərəfdaş dövlətlər olduğunu bildirərək bir çox sahəni əhatə edən uğurlu əməkdaşlığın davam etdirildiyini vurğulayıb, qurumlararası tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluğunu ifadə edib. Yinq Yonq ölkəmizin nümayəndə heyətinin daha öncəki səfərlərini xatırladıb. Ev sahibi, həmçinin, ölkələrimiz arasında imzalanmış Cinayət işləri üzrə qarşılıqlı hüquq yardım haqqında müqavilənin ölkələrimizin hüquq sistemləri arasında əməkdaşlığı daha dərinləşdirəcəyini qeyd edib.

Kamran Əliyev qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirərək qeyd edib ki, Çin uzun illər ərzində müxtəlif beynəlxalq platformalarda ölkəmizin siyasi təşəbbüslərini qətiyyətlə dəstəkləyib. Son illərdə ölkələrimiz arasında qarşılıqlı əlaqələr dövlət başçılarının siyasi iradəsi və səyləri nəticəsində yüksələn xətt üzrə inkişaf edərək strateji tərəfdaşlıq həddinə çatıb. Prezident İlham Əliyevin ötən il Çinə iki dəfə səfər etməsi, tərəflər arasında baş tutan mütəmadi görüşlər və ötən ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının sədri Si Cinpin tərəfindən "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın imzalanması bunun bariz nümunəsidir.

Bunun məntiqi davamı olaraq hər iki ölkənin prokurorluq orqanları arasında da möhkəm əməkdaşlıq əlaqələri qurulub və faydalı qarşılıqlı təcrübə mübadiləsi həyata keçirilib. Belə ki, Çin Ali Xalq Prokurorluğunun geniş tərkibli nümayəndə heyəti 2024-cü ildə Bakı şəhərində keçirilmiş Beynəlxalq Prokurorlar Assosiasiyasının Ümumi konfransı və İllik İclasında iştirak etmişdir. Eyni zamanda ötən il Azərbaycan Respublikası Prokurorluğunun geniş tərkibli nümayəndə heyəti Çində uzunmüddətli təlimdə olub.

Daha sonra cinayətkarlığın müxtəlif formalarına qarşı mübarizə, praktiki əməkdaşlıq məsələləri, həmçinin, hüquqi və institusional əməkdaşlığın genişləndirilməsi perspektivləri, prokurorluq əməkdaşlarının Çin Xalq Respublikasının ali təhsil müəssisələrində təhsilə cəlb edilməsi ətrafında fikir mübadiləsi aparılaraq razılıq əldə olunub.

Kamran Əliyev, həmçinin qarşılıqlı əlaqələrin gücləndirilməsi məqsədilə həmkarını ölkəmizə səfərə dəvət edib.

Nümayəndə heyətinin səfəri davam edir, səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Deputat: Azərbaycan-BƏƏ əməkdaşlığı hər iki ölkənin inkişafına töhfə verəcək
16:49 15.09.2026
Deputat: Azərbaycan-BƏƏ əməkdaşlığı hər iki ölkənin inkişafına töhfə verəcək
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
16:45 15.09.2026
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
İşdən çıxarılan sabiq icra başçısı kimdir? - DOSYE
16:42 15.09.2026
İşdən çıxarılan sabiq icra başçısı kimdir? - DOSYE
“Azərbaycan dünyaya dahi şəxsiyyətlər bəxş edib”
16:35 15.09.2026
“Azərbaycan dünyaya dahi şəxsiyyətlər bəxş edib”
Bank of Baku-da səhiyyə işçilərinə özəl fürsət var: 80.000 AZN-dək kredit 0 % komissiya ilə
16:29 15.09.2026
Bank of Baku-da səhiyyə işçilərinə özəl fürsət var: 80.000 AZN-dək kredit 0 % komissiya ilə
Azərbaycanda “Roblox” təhlükəsi böyüyür - Uşaq və yeniyetmələri necə qoruyaq?
16:26 15.09.2026
Azərbaycanda “Roblox” təhlükəsi böyüyür - Uşaq və yeniyetmələri necə qoruyaq?
“Bakalavrın müddəti azaldılsa, işsizlik problemi yarana bilər” - Ekspert risklərdən danışdı
16:22 15.09.2026
“Bakalavrın müddəti azaldılsa, işsizlik problemi yarana bilər” - Ekspert risklərdən danışdı
Bu rayonun icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
16:18 15.09.2026
Bu rayonun icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
Qarabağda Böyük Qayıdış: Azərbaycan yeni tarix yazır
16:03 15.09.2026
Qarabağda Böyük Qayıdış: Azərbaycan yeni tarix yazır
Azər Mursaqulov 3 şöbə müdirini işdən çıxardı
15:59 15.09.2026
Azər Mursaqulov 3 şöbə müdirini işdən çıxardı
Dərslər başladı, yeni xərclər ortaya çıxdı – Hansı xidmətlər bahalaşa bilər?
15:51 15.09.2026
Dərslər başladı, yeni xərclər ortaya çıxdı – Hansı xidmətlər bahalaşa bilər?
AccessBank tenderin vaxtını uzatdı
15:47 15.09.2026
AccessBank tenderin vaxtını uzatdı
Şagird qaydaları pozursa, məktəb necə davranmalıdır? – Dünyadan fərqli təcrübələr
15:39 15.09.2026
Şagird qaydaları pozursa, məktəb necə davranmalıdır? – Dünyadan fərqli təcrübələr
Ərdoğan Azərbaycanı təbrik etdi - FOTO
15:22 15.09.2026
Ərdoğan Azərbaycanı təbrik etdi - FOTO
Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
15:12 15.09.2026
Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Vəzifəli şəxslərin, məmurların gəlirləri niyə gizli qalır? - Deputatlardan açıqlama
15:11 15.09.2026
Vəzifəli şəxslərin, məmurların gəlirləri niyə gizli qalır? - Deputatlardan açıqlama