“Rabitə” voleybol klubuna 500 min manat ayrıldı

İDMAN
20:31 18.10.2011
1378
Prezident İlham Əliyev “Rabitə” voleybol klubunun mükafatlandırılması haqqında sərəncam imzalayıb. AZXEBER.COM Azərtac-a istinadənm xəbər verir ki, “Rabitə” voleybol klubu Qətərin paytaxtı Doha şəhərində keçirilmiş qadın voleybol klubları arasında dünya çempionatının qalibi olub. Sərəncama əsasən, 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan “Rabitə” voleybol klubuna 500 (beş yüz) min manat məbləğində vəsait ayrılıb.

OXŞAR XƏBƏRLƏR