'Rabitəbank' insanların mülkünü mənimsəyir - Şok faktlar

İQTİSADİYYAT
15:55 18.07.2013
3701

'Bu ilin mart ayında Baş Prokurorluq «Rabitəbank» ASC-nin vəzifəli şəxslərinin qanunsuz əməllərinin ifşa edilməsi barədə məlumat yaymışdıBelə ki, Xətai rayon məhkəməsinin «Rabitəbank» ASC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə xüsusi qərardadı üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırma aparılıb. 

Müəyyən edilib ki, ASC-nin əməkdaşı Ülvi Nuriyev mənzil almaq məqsədi ilə kredit müqaviləsi əsasında həmin bankdan 25 il müddətinə 43 min 500 manat məbləğində kredit götürmüş və atası Sabir Quliyevin adına olan mənzil ipoteka ilə yüklü edilərək qeydə alınıb. Bundan sonra cəmiyyətin vəzifəli şəxsləri tərəfindən guya Ü.Nuriyevin həmin bankdan təmir işləri adı ilə bir ay müddətinə 45.0 min manat məbləğində kredit götürməsi barədə cəmiyyətlə qanunsuz müqavilə bağlanıb və qeyd edilən ipoteka ilə yüklü mənzil girov qoyulmaqla sonradan həmin müqavilə üzrə yaranmış borcun ödənilməsindən ötrü mənzilin hərrac yolu ilə satılması barədə məhkəmədə iddia qaldırılıb. Bununla da dövlətin və vətəndaşların qanunla qorunan mənafelərinə mühüm zərər vurulub.

Xatırlayırsınızsa bir müddət əvvəl Sumqayıt şəhərinin ictimai fəal insanlarından olan Oqtay Ağayarov ciddi bank qanunsuzluğu ilə üzləşmişdi.Belə ki, Oqtay Ağayarov ictimai fəaliyyəti, Sumqayıtda mədəni tədbirlərin keçirilməsi ilə əlaqədar üç il öncə “Rabitəbank”ın Sumqayıt filialından 57 min manat kredit götürüb. Kredit onun həyat yoldaşı Zülfüqarova Gövhər Kazım qızının adına götürülüb. Kreditin müqabilində banka xanımının adına olan Sumqayıt şəhəri 3-cü məhəllə, ev 23/5 mənzil 2 ünvanındakı evi girov qoyulub.

3 il ərzində O.Ağayarov banka 80 min manat pul ödəyib və bütün öhdəliklərini yetirib.Lakin bir neçə ay bundan öncə onu müəmmalı şəkildə banka çağıraraq, onlara daha 20 min manat borclu qaldığını bildiriblər. Bununla razılaşmayan Ağayarov bank rəhbərliyi – Müşahidə Şurasının rəhbərləri Zakir Nuriyev, Kamal Mədətovla görüşməyə və məsələni aydınlaşdırmağa çalışsa da, ona bu imkan yaradılmayıb. Nəticədə bankın Sumqayıt Şəhər Fililalı məhkəməyə müraciət eib. Cavabdehin xəbəri belə olmadan məhkəmə prosesi keçirilib. Bu müddətdə qanunsuz olaraq O.Ağayarovun ailə üzvləri onun həyat yoldaşının adına olan mənzildən qeydiyyatdan çıxarılıb və mülk hərraca çıxarılıb. Təxminən 150 min manat dəyəri olan evi bank öz yaxın adamına 43 min manata – dəyər-dəyməzinə satıb. İndi O.Ağayarovun ailəsindən mənzili boşaltmağı tələb edirdilər.

Onların əlavə pul tələbi qanunsuzluqdur və vətəndaşın mülkünü mənimsəməyə yönəlmiş hərəkətdir. Digər tərəfdən, O.Ağayarovun apelyasiya şikayəti verməsinə imkan vermədən mülkü boşaltmalarını tələb edirlər. Qanunla yalnız məhkəmə qərarı apelyasiya məhkəməsindən keçdikdən sonra qüvvəyə minmiş hesab edilir. İcraçılar yalnız bundan sonra hərəkətə keçə bilər.

Göründüyü kimi bankın qanunsuz işləri kifayət qədərdir və narazı insanlar da yüzlərlədir. Bankın digər maxinasiyaları barədə daha ətraflı növbəti saylarımızda məlumat verəcəyik. /// bizimdovr.az

OXŞAR XƏBƏRLƏR