"Hələ ki, qarışıq hisslər keçirirəm. Nə baş verdiyini başa düşmürəm".
"Report" xəbər verir ki, bu fikirləri Azərbaycanın "Rio-2016" Olimpiya Yay Oyunlarında yeganə qızıl mükafatçısı taekvondoçu Radik İsayev deyib.
80 kq.-dan yuxarı çəkidə çıxış edən 27 yaşlı təmsilçimiz bu qızıl medalı tək özünün yox, bütün hamının mükafatı sayır:
"Yenicə Bakıya qayıtmışam. Bu qısa müddətdə həyatımda nə dəyişə bilər ki? Bu qızıl medal münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm. Bu, təkcə mənim yox, ümumi uğurdur. Bunda hamının xidməti var".