Tanınmış radioloq: “Tibbin bütün sahələrində USM öndədir"

Tanınmış radioloq: “Tibbin bütün sahələrində USM öndədir"
SAĞLAMLIQ
18:46 30.04.2018
7632
Məşhur həkim-radioloq Rəqsanə Əliyeva AZXEBER.COM portalına müsahibə verib.
 
Müsahibəni oxuculara təqdim edirik:

- Raksana xanım, ilk öncə müsahibə üçün təşəkkür edirik. Siz Azərbaycanda illərdi tanınmış və bu sahənin ən məşhur həkimlərindən birisiz. İlk öncə daha illər əvvələ gedərək, bu sahəni seçməyinizdən, gəlməyinizdən danışardız...

- İlk öncə müsahibə üçün təşəkkür edirəm. İlk sualınıza cavab olaraq bildirmək istərdim ki, Azərbaycanda ATU bitirdikdən sonra 6-cı kursumuzu subordinatura və ordinatura illərini ( 1986-1987) həyat yoldaşımla birlikdə Rusiyanın Kubışov ( indiki Samara şəhərində) təyinat aldım. Bu sahədəki ilk təcrübəmizə məhz orada başladıq. Subordinatura və ordinatura illərini mama-ginekoloq vəzifəsində çalışaraq diplom aldıqdan sonra, orada 6 il ərzində ( 1986-1992 ) ultrasəs müayinə səhəsini seçdim və bu illərin ərzində Samara şəhərinin öndə gedən klinikalarında bu sahə üzrə ultrasəs müayinə həkimi kimi çalışdım. Bu sahədə düşünürəm ki, o illərdə qazandığım təcrübə mənim liderliyemdə peşəkarlığımda böyük pay sahibi oldu.

İllər öncəyə getmişkən, illər öncə texnologiya bu günki qədər inkişaf etməmişdir. Bu səbəbdən də illər öncənin radioloqları təcrübələrinə görə bu günkilərdən bir addım daha öndədir. Eyni zamanda siz bütün texnoloji inkişafla ayaqlaşan bir həkimsiz. Bu sahənin inkişafı xətti ilə bağlı məlumat verməyinizi istərdik.

- Təbii ki, mən çalışmağa başlayanda hətta rəngli Doppler istifadəsini belə çox nadir hallarda görə bilərdik. Amma hər zaman çalışmışam ki, zamanına görə öndə gedən cihazlarla çalışım. Ehtiyac olduğu təqdirdə öz qazancımdan odəmişəm ki, köhnə cihazlarla işləməyim. Bu səbəbdən hər zaman çalışmışam ki, cihazın bütün imkanlanlarından istifadə edim çünki çox zaman olur ki, həkimin önündə ən müasir texnalogiyalarla təchiz olunmuş cihazlar olsa da onun bütün imkanlarından və proqramlarından istifadə etməyi unudurlar. Nəticədə öz çalışmalarında cihazın imkanlarından tam istifadə edə bilmirlər. Təbii ki, mən müxtəlif zamanlarda müxtəlif firmalarının cihazlarında çalışmışam. Amma, son illərdə General firmasının Volusion cihazına üstünlük verirəm, çünki düşünürəm ki, bu cihaz tibbin bütün sahələrinə cavab verə bilən imkanları müasir proqramlaşdırılma ilə təmin etmiş öndə gedən cihazlardan biridir. Düşünürəm ki, son illərin cihazları müxtəlif programlarla təciz olunur, hansı ki, bu o proqramlar müasir həkimin diaqnostikasında çox önəmli rol oynayır.

- Siz eyni zamanda ən son texnologiyalardan istifadə edən, eyni zamanda illərin təcrübəli həkimisiz. Bu günki texnologiyalarla bağlı vəziyyət nə yerdədir. Artıq nələri müəyyənləşdirmək, və istifadə etdiyiniz avandanlıqların üstünlüklərindən məlumat verməyinizi istərdik.

- Ultrasəs müayinəsi ən öndə gedən diaqnostik üsublardan biridir. Hər bir diaqnozun qoyulmasında üstünlük ilk öncə ultrasəs müayinəsinə verilir. Rahatlığı ondan ibarətdir ki, ultrasəs müayinəsi bu gün tibbin bütün sahələrində istifadə edilir. Öncə söylədiyim kimi daxili üzvlərin diaqnostikasında, ginekoloqiyada, hamiləliklərdə, ən erkən anomaliyararın aşkarlamağa imkən verir. Səthi toxumalarda, dəri və dəri altı piy toxumalarının diaqnostikasında, teloyid vəzi, süd vəziləri və son illərdə bütün qrup oynaqların diaqnostikasında yüksək nəticələr əldə etmək mümkündür.

- Bu gun çoxsaylı gənc radioloqlar yetişməkdədir. Bu sahənin öncüllərindən olaraq, onlara nə kimi dəstək göstərirsiniz? 

- Qeyd etmək istərdim ki, zamanında mən də bu sənətə ilk addımlarımı atarkən, şəhərin mərkəzində yerləşən evimi satıb, əldə edilən vəsaiti yeni cihazın alınmasında istifadə etmişəm. Bu ilk cihazı xaricdən Azərbaycana gətirərək ilk özəl fəaliyyətimə başlamışam. Beləliklə gecə-gündüz diagnoz keyfiyyətinin yüksək olması üçün çalışmışam. Fəaliyyətimin əsas istiqaməti də məhz ultrasəs müayinəsi sahəsinin Azərbaycanda inkişafına öz töhvəmi vermək olmuşdur. Alınan nəticələrdən məlum olur ki mən buna nail olmuşam. Eyni zamanda mən özümü gənc radioloqlara dəstəkçi kimi görür. Bu çərçivədə gənc radioloqlara dəstək olmaq üçün seminarlar, konfranslar və müxtəlif tədbirlər təşkil edirəm. Cihaz seçimində, düzgün diaqnoz qoyulmasında, xəstə ilə münasibətdə gənc həmkarlarımıza əldə etdiyim təcrübələrdən kömək edirəm.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR