Radomir Antiç dünyasını dəyişdi

İDMAN
23:22 06.04.2020
1250
Məşhur yuqoslaviyalı futbol məşqçisi Radomir Antiç 72 yaşında dünyasını dəyişib.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, mütəxəssisin ölümü barədə məlumatı Madrid "Atletiko"sunun mətbuat xidməti yayıb. Antiçin ölüm səbəbi açıqlanmır.

Qeyd edək ki, Antiç "Atletiko" ilə yanaşı, "Real", "Barselona", "Saraqosa", "Ovyedo", "Selta" və Çinin "Şandun Lunen" klublarında işləyib. 2008-2010-cu illərdə Serbiya yığmasına rəhbərlik edib.

OXŞAR XƏBƏRLƏR