Rafael Ağayev: "Luici Busa bundan sonra tatamidə düşmənimdir"

Rafael Ağayev: "Luici Busa bundan sonra tatamidə düşmənimdir"
İDMAN
12:27 09.08.2021
1827
"Bu ilə 2-3 yarışda iştirak etmişdim. Tokio olimpiadası 1,5 aydan sonra ilk yarışım idi".

Bu fikirləri Tokio-2020 Yay Oyunlarında gümüş medal qazanan Azərbaycan karateçisi Rafael Ağayev Heydər Əliyev aeroportunda jurnalistlərə açıqlamasında deyib.

75 kq çəki dərəcəsində fəxri kürsünün ikinci pilləsinə qalxan 5 qat dünya və 11 qat Avropa çempionu yarışdakı çıxışını dəyərləndirib: "Rəqiblərim çətin olsa da, qrupdan çıxmağı bacardım. Bu yarışı çox yaxşı hiss etdim. İkinci olmağıma baxmayaraq, tam formada idim. Hələ Bakıdan Tokioya yola düşəndə demişdim ki, mən ora gümüş yox, qızıl medal üçün gedirəm. Qismət Allahdandır. Bu günümüzə şükürlər olsun. Bundan da pis ola bilərdi, vətənə medalsız da qayıda bilərdik. Bu, tək mənim yox, bütün Azərbaycanın və müsəlmanların qələbəsidir".

Karatenin ilk dəfə olimpiya oyunlarının proqramına salınmasına toxunan Ağayev bu idman növünün 2024-cü ildə Parisdə keçiriləcək olimpiadada olub-olmayacağının bilinmədiyini söyləyib: "Karate yarışlarından sonra iclas olub. Dünya Karate Federasiyası (WKF) və EKF-in prezidenti Antonio Espinos bu idman növünün Parisdəki yarışın proqramında yer alması üçün daha böyük addımlar atır. Alınsa, orada da çıxış edəcəyəm".

Noyabrda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində dünya çempionatının keçiriləcəyini xatırladan titullu idmançı olimpiadanın finalında uduzduğu italiya Luici Busadan revanş almaq barədə düşünmədiyini vurğulayıb: "Təqribən 3 aydan sonra dünya çempionatı keçiriləcək. Özümü yaxşı hiss edirəm. Allah bütün idmançılarımızı, hamımızı qorusun. Düşünürəm ki. orada da iştirak edəcəyəm. Heç bir rəqibimi aşağılamıram və Busadan revanş almaq barədə düşünmürəm. Çünki 11 dəfə mən qalib gəılmişəm, bir dəfə italiyalı idmançı. Sadəcə, Busa indiyədək tatamidə rəqibim idisə. bundan sonra düşmənimdir".
 
///Report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
16:55 26.08.2025
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
16:51 26.08.2025
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
16:19 26.08.2025
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
16:17 26.08.2025
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
16:12 26.08.2025
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
Prezident ailəsinin yeni - FOTOSU
16:10 26.08.2025
Prezident ailəsinin yeni - FOTOSU
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
16:06 26.08.2025
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
15:52 26.08.2025
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
15:33 26.08.2025
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
15:24 26.08.2025
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
15:12 26.08.2025
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
15:01 26.08.2025
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
102 yaşlı alpinist Fuji dağına dırmaşdı - Ginnesin Rekordlar Kitabına düşdü
15:00 26.08.2025
102 yaşlı alpinist Fuji dağına dırmaşdı - Ginnesin Rekordlar Kitabına düşdü
Adnan Oktarın "kediciy"i soyadını dəyişdirdi - Müəllim oldu
14:57 26.08.2025
Adnan Oktarın "kediciy"i soyadını dəyişdirdi - Müəllim oldu
Tibb sahəsində ilk - 39 yaşlı beyin ölümü keçirən kişiyə donuz ağciyəri nəql edildi
14:47 26.08.2025
Tibb sahəsində ilk - 39 yaşlı beyin ölümü keçirən kişiyə donuz ağciyəri nəql edildi
Xocavənd və Ağdərədə baş verən yanğınların söndürülməsinə aviasiya cəlb olundu - VİDEO
14:44 26.08.2025
Xocavənd və Ağdərədə baş verən yanğınların söndürülməsinə aviasiya cəlb olundu - VİDEO