Rafael Cəbrayılovun borclarını kim ödəyəcək? - AÇIQLAMA

Rafael Cəbrayılovun borclarını kim ödəyəcək? - AÇIQLAMA
SOSİAL
17:34 30.09.2021
1412
Vəzifə cinayətinə və dələduzluq əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunan, bu gün müalicə aldığı xəstəxanada koronavirusdan vəfat edən Milli Məclisin sabiq üzvü Cəbrayılov Rafael Kamil oğlu barəsində açılan cinayət işinə xitam verilə bilər.

AZXEBER.COM xəbər verir ki, bu barədə oxu.az-a Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib.



Vəkilin sözlərinə görə, cinayət təqibini istisna edən hallardan biri də şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra ölməsidir:

"Bu halda onun barəsində cinayət təqibinə xitam verilir. Ancaq burada ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilir. Yəni, məhkəmə baxışının gedişində cinayət təqibinə şəxsin ölümü ilə əlaqədar xitam verilirsə, buna ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi halda isə müdafiəçinin razılığı ilə yol verilir.

Təqsirləndirilən şəxsin hüquqi varisi onun hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri hesab edilir.

Qanunvericiliyin tələbinə görə, təqsirləndirilən şəxs öldükdə cinayət prosesini həyata keçirən orqan şəxsin öldüyü vaxtdan 3 gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir.

Təqsirləndirilən şəxsin hüquqi varisi ölmüş şəxsin həmin cinayəti törətmədiyini və cinayət təqibinin davam etməsini istəyirsə, cinayət təqibi davam edir. Məhkəmədə həmin şəxsə qarşı ittihamlar təsdiqini tapmasa, ölmüş şəxslə bağlı cinayət işinə bəraətverici əsasla xitam verilir”.

Vəkil mərhumun borcları ilə bağlı məsələnin tənzimlənməsi ilə bağlı məsələyə də münasibət bildirib:

"Əgər şəxs dünyasını dəyişən zamana qədər hər hansı borcu varsa, həmin borc onun mirasını qəbul etmiş şəxslərə keçir. Qanunla onun mirasını kim qəbul edirsə, həmin borcların ödənilməsini də o həyata keçirməlidir. Təbii ki, əgər mirası qəbul edən şəxs varsa”.

Qeyd edək ki, mətbuatda yayılan və indiyədək təkzib edilməmiş məlumatlara görə, Rafael Cəbrayılov 8 nəfəri müxtəlif vədlərlə aldadaraq onların ümumilikdə 1 milyon 550 min dollar pulunu mənimsəyib. Həmin şəxslər aşağıdakılardır:

Təranə Fətəliyeva - 300 000 dollar;

Məlahət Qurbanova - 580 000 dollar;

Xatirə Nəcəfova - 200 000 dollar;

Yusif Orucov - 200 000 dollar;

Aynur Kazımova - 100 000 dollar;

Şəfa Məmmədova - 80 000 dollar;

Bəşir Məmmədov - 60 000 dollar;

Allahverdi Səfərəliyev - 30 000 dollar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Elnur Hidayətoğlu TƏBİB-dəki işindən ayrıldı
16:31 01.07.2026
Elnur Hidayətoğlu TƏBİB-dəki işindən ayrıldı
Hafiz Paşayevlə nazirin maraqlı dialoqu - VİDEO
16:27 01.07.2026
Hafiz Paşayevlə nazirin maraqlı dialoqu - VİDEO
“Qarabağ”ın Avroliqa oyunlarının hakimləri müəyyənləşdi
16:22 01.07.2026
“Qarabağ”ın Avroliqa oyunlarının hakimləri müəyyənləşdi
Valideynlərə şad xəbər: Özəl bağçaların ödənişinin bir hissəsini dövlət qarşılayacaq
16:08 01.07.2026
Valideynlərə şad xəbər: Özəl bağçaların ödənişinin bir hissəsini dövlət qarşılayacaq
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
16:05 01.07.2026
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
“Kristal”ın Sumqayıt layihələrində mənzil satışları davam edir – sərfəli şərtləri qaçırma!
15:53 01.07.2026
“Kristal”ın Sumqayıt layihələrində mənzil satışları davam edir – sərfəli şərtləri qaçırma!
Səhiyyə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ
15:35 01.07.2026
Səhiyyə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ
Azərbaycana gətirilən uşaq qidaları ilə bağlı qorxunc mənzərə: Valideynlər bunlara diqqət etməsələr...
15:21 01.07.2026
Azərbaycana gətirilən uşaq qidaları ilə bağlı qorxunc mənzərə: Valideynlər bunlara diqqət etməsələr...
Hindistanda həyəcan təbili: Son 100 ilin ən quraq iyun ayı qeydə alındı
14:59 01.07.2026
Hindistanda həyəcan təbili: Son 100 ilin ən quraq iyun ayı qeydə alındı
DİM-dən imtahan verəcək abituriyentlərə XƏBƏRDARLIQ
14:53 01.07.2026
DİM-dən imtahan verəcək abituriyentlərə XƏBƏRDARLIQ
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
14:49 01.07.2026
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
Birbank inklüziv bankçılıq imkanlarını genişləndirir: İşarət dili ilə xidmət artıq filiallarda
14:37 01.07.2026
Birbank inklüziv bankçılıq imkanlarını genişləndirir: İşarət dili ilə xidmət artıq filiallarda
"İdrak" liseyində şagird müəllimi buna görə güllələyibmiş
14:28 01.07.2026
"İdrak" liseyində şagird müəllimi buna görə güllələyibmiş
Onlayn media subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı
14:10 01.07.2026
Onlayn media subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı
Yeni istiqamət, yeni imkanlar: Azərbaycan Hava Yolları Brüsselə birbaşa uçuşlara başlayır
14:08 01.07.2026
Yeni istiqamət, yeni imkanlar: Azərbaycan Hava Yolları Brüsselə birbaşa uçuşlara başlayır
Vətəndaşlara vacib xəbər - İyulun 6-dan dəyişir...
14:04 01.07.2026
Vətəndaşlara vacib xəbər - İyulun 6-dan dəyişir...