Rafael Cəbrayılovun qardaşı: "Evimi və maşınımı satıb ona verdim"

Rafael Cəbrayılovun qardaşı: "Evimi və maşınımı satıb ona verdim"
SOSİAL
12:20 24.02.2022
284
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Məclisin sabiq deputatı, həbsxanada ölən Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə iclasında şahid və zərərçəkmiş ifadələri dinlənilib.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Fikrət Məlikov bildirib ki, kiçik bizneslə məşğul olub.

O deyib ki, R.Cəbrayılov ona müraciət edərək sotu 1200 manatdan 2 hektar torpaq satmaq istədiyini söyləyib: "Müştəri tapmağımı xahiş etdi. Mən də Anar adlı şəxsi ona yönəltdim".

Zərərçəkmiş Anar Şıxəliyev qeyd edib ki, aldığı torpağa görə 240 min manat R.Cəbrayılova, 340 min manat isə qardaşı Rauf Cəbrayılova verib. Onun sözlərinə görə, bağlanan müqavilə hələ də yarımçıq qalmış sayılır.

Daha sonra şahid qismində mərhumun qardaşı Elşən Cəbrayılov ifadə verib. O deyib ki, 2002-2017-ci illərdə qardaşı R.Cəbrayılovla tikinti işləri ilə məşğul olub: "2017-ci illərdə Rafaellə münasibətlərimiz pisləşdi. Evlərin kimə verilməsi, borc pulların alınması münasibətlərimizi pozdu. Sonda vəziyyət o həddə çatdı ki, bizim tək bir obyektimiz qalmışdı. O, məndən gecə ilə pul istədi. Mən də 65 min manatlıq maşınımı 51 min manata satıb ona verdim. Hətta evimi də satıb, pulunu qardaşıma verdim. Təkcə bir bağ evim var, o da bankda girovdadı.

Binanın tikintisinə və bütün sənədləşmə işlərinə mən nəzarət edirdim. Pay bölgüsü etməmişəm. Çünki Rafael nəzarət edirdi. Satılan mənzillərin pullarını Rafael götürüb aparırdı".

Zərərçəkmiş Bəşir Məmmədov isə E.Cəbrayılova 115 min manat pul verdiyini bildirib.

E.Cəbrayılov isə onu tanımadığını deyib.

Məhkəmənin növbəti iclası martın 10-na təyin edilib.

İttihama görə, Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlu öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törədib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan ibtidai istintaq zamanı R.Cəbrayılovun həmin vəzifədə olarkən qardaşı Cəbrayılov Rauf Kamil oğlu tərəfindən Bakı şəhər sakininə satılan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 hektar torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın əldə edilməsində köməklik göstərilməsi ilə əlaqədar ona müraciət etmiş vətəndaşa bu barədə yalandan vəd edərək, həmin adla sözügedən vətəndaşdan 240 min manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf etməsinə və bununla da vətəndaşa külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən qanunsuz hərəkətləri ilə R.Cəbrayılovun deputatların fəaliyyətinin tənzimlənməsi sahəsində qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən vəzifələrini yerinə yetirməli olduğu halda öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirməsinə dair əldə edilmiş kifayət qədər sübutlarla əsaslar müəyyən olunduğundan ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, R.Cəbrayılov 2021-ci ilin sentyabr ayında Bakıdakı xəstəxanaların birində koronavirusdan dünyasını dəyişib.
 
///Report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran dronu Dubaydakı 23 Marina göydələninə çırpılıb
22:52 07.03.2026
İran dronu Dubaydakı 23 Marina göydələninə çırpılıb
Azərbaycan Dövlət Departamentinin İranın dron hücumları ilə bəyanatını yüksək qiymətləndirib
22:36 07.03.2026
Azərbaycan Dövlət Departamentinin İranın dron hücumları ilə bəyanatını yüksək qiymətləndirib
Hakan Fidan Türkiyə və Azərbaycanla bağlı İrana xəbərdarlıq edib
22:33 07.03.2026
Hakan Fidan Türkiyə və Azərbaycanla bağlı İrana xəbərdarlıq edib
Türk dövlətləri Azərbaycan və Türkiyəyə güclü dəstəklərini ifadə ediblər
22:22 07.03.2026
Türk dövlətləri Azərbaycan və Türkiyəyə güclü dəstəklərini ifadə ediblər
Prezidentdən Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım - Foto
22:15 07.03.2026
Prezidentdən Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım - Foto
İrandan Azərbaycana 10-a yaxın diplomat təxliyə olunub
22:06 07.03.2026
İrandan Azərbaycana 10-a yaxın diplomat təxliyə olunub
ABŞ Dövlət Departamentindən İranın Azərbaycanı hücumu ilə bağlı - AÇIQLAMA
21:52 07.03.2026
ABŞ Dövlət Departamentindən İranın Azərbaycanı hücumu ilə bağlı - AÇIQLAMA
Orban: Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır
21:32 07.03.2026
Orban: Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
21:16 07.03.2026
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
21:13 07.03.2026
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
21:01 07.03.2026
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
20:38 07.03.2026
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
20:27 07.03.2026
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
20:16 07.03.2026
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
19:59 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
19:48 07.03.2026
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi