Rafael və Coşqunun həmkarı öldü - FOTO

MƏDƏNİYYƏT
11:33 12.11.2012
2393
Məşhur “Qorodok” proqramının müəllif və aparıcılarından biri İlya Oleynikov vəfat edib.Oleynikov Sankt-Peterburqda “Qorodok”un növbəti çəkilişləri zamanı özünü pis hiss edib. Xəstəxanaya çatdırılan məşhur aparıcı orda dünyasını dəyişib.İlya Oleynikovun 65 yaşı vardı, son vaxtlar pnevmoniyadan əziyyət çəkirdi. O illərdir, həmkarı Yuri Stoyanovla bərabər məşhur “Qorodok” proqramında aparıcılıq edir.Oleynikovun bu layihəsini sonradan Rafael İsgəndərov və Coşqun Rəhimov Azərbaycana gətirərək “Bu şəhərdə” proqramını yaratmışdılar. “Qorodok” qədər uğurlu alınmasa da, bu şəhərdə də eyni üslubuna görə Azərbaycanda populyarlaşa bilmişdi.
//Lent.az

OXŞAR XƏBƏRLƏR