Rafet El Roman: 'Bakıda dəniz kənarında özümə ev tikdirmək istəyirəm'

MAQAZİN
15:40 18.07.2013
1978

Bu gün Yaşıl Teatrda türkiyəli müğənni Rafet El Romanın konserti olacaq.

AZXEBER.COM xəbər verir ki, “Romantik yay gecəsi” adlı konsertdə türkiyəli sənətçi ilə birgə azərbaycanlı ifaçı Ezo da çıxış edəcək. Gecənin xüsusi qonağı isə xalq artisti Aygün Kazımova olacaq. Rafet El Roman özü A.Kazımovanı Bakı konsetinə dəvət edib.Müğənni jurnalistlərə açıqlamasında Azərbaycana olan sevgisindən danışıb:“Mən Bakıya tez-tez gəlirəm. Azərbaycanın paytaxtı Bakıya bağlıyam, gözəlliyinə heyranam. Qonaqpərvərliyinizə görə sizlərə minnətdaram. Bu yaxınlarda dostlarımdan xahiş etdim ki, Xəzər dənizi sahilində torpaqlara baxsınlar. Çünki Bakıda, dəniz kənarında özümə ev tikdirmək istəyirəm”.Rafet El Roman həmçinin bildirib ki, Yaşıl Teatrdakı konserti zamanı məşhur Azərbaycan mahnılarını da ifa edəcək.

OXŞAR XƏBƏRLƏR