Rafet El Romanın qızları atalarına qarşı çıxıb - VİDEO

MAQAZİN
18:44 18.01.2013
2071
Tez-tez paytaxt Bakının qonağı olan tanınmış türk müğənni Rafet El Roman konsertdən sonra jurnalistlərin hədəfinə tuş gəlib. Toy nə vaxtdır? sualına cavab olaraq “Tarix dəqiq deyil, amma inşallah bu yaz evlənəcəyik” deyib. Bu hadisədən sonra müğənninin qızları - Su və Şəvval atalarının yeni münasibətinə qarşı çıxıblar.Rafetin böyük qızı Su Elnur “cici” anasına “Twitter”də “od püskürüb”: “Boş yerə ümidlənirsən, “tatlı şey”. Atama təzyiq etməkdən əl çək. Səni qəbul etmədiyimizi bilirsən”. Su Elnur bu mesajdan sonra anası Tuğba Altıntopla Rafet El Romanın şəklini paylaşaraq “Bax, mənim favorit cütlüyüm budur. Üzrlü hesab elə, başqa bir gəlini qəbul etmirik” deyə bildirib.

OXŞAR XƏBƏRLƏR