Rafiq Hüseynovun atası: “O dünyaya getdik, gəldik”

Rafiq Hüseynovun atası: “O dünyaya getdik, gəldik”
İDMAN
17:01 03.08.2021
1165

Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc medalını qazanan Azərbaycan güləşçisi Rafiq Hüseynovun atası Radik Hüseynov Milli Olimpiya Komitəsinə müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Oğlunuzun Olimpiadada bürünc medal qazanması münasibətilə təbrik edirik. Hansı hissləri keçirirsiniz?

 

- Hansı hisslər olacaq? O dünyaya getdik, gəldik. Bürünc medal uğrunda görüşdə düşmən ölkənin idmançısı ilə çıxmışdı. İstər-istəməz narahat idik. Bu qələbəyə çox sevindik. Rafiqə halal olsun. Bütün qohumlar bizə yığışmışdı. Anası da özünü çox narahat hiss edirdi.

- Deyəsən rəqibin erməni Karapet Çalyan olması sizdə gərginliyi daha da artırıb...

- Elə əsas gərginliyi yaradan bu oldu. Rafiq illərdir mötəbər yarışlarda iştirak edir. Həmişə həyəcan olub. Ailə, dostlar, yaxınlar həmişə birgə gözləmişik. Bu dəfə fərqli idi. Bizim üçün neçəqat çətin oldu. İlk hissədə hesabda geri düşməsinə baxmayaraq, qələbəsinə inamımızı itirmədik. İdmanda əsas yekun nəticədir. Kimin əli yuxarı qalxırsa qalib də odur.

- Rafiq bir gün əvvəl 1/4 final mərhələsində məğlub oldu. Mərhələ keçməsi üçün nə çatmadı?

- Çatmadı deyəndə, iki gecə yatmayıb. Deyirdi ki, yata bilmirəm. Bir az da hakimlərin səhvi oldu, Rafiqə düzgün xal vermədilər. Uduzduğu görüşü hakimlər qərarları ilə heç elədilər. Yarımfinala çıxa bilməməsinin əsas səbəbi də bu oldu.

- Oğlunuz medal qazandıqdan sonra qələbəni sizə həsr etdiyini bildirdi. Yaponiyaya gedəndə bu barədə nəsə demişdi?

- Bəli, bunu mənə çoxdan demişdi. Çox sağ olsun. Demişdi ki, medalı sənə verəcəyəm.

- Özünüz də güləş müəllimisiniz. Digər övladlarınız da bu idman növü ilə məşğul olmasına baxmayaraq, yalnız Rafiq böyük yarışlarda uğurlar qazandı. Onun digərlərindən fərqi nə idi?

- Özünə həddən artıq çox inandı. Üç oğlum var. O birilər də yaxşı idilər. Ancaq axıra qədər psixoloji mübarizəyə dözmədilər. Çünki güləşlə məşğul olan təkcə xalça üzərində yox, kənarda da mübarizə aparmalıdır. O biri övladlarıma kənardan psixoloji təsir göstərənlər, onları həvəsdən salanlar oldu.

- Övladınızı necə qarşılamağı planlaşdırırsınız?

- Bu barədə hələ fikirləşməmişik. Avqustun 12-də qayıdacaqlar.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şəmkirdə yanğın: elektrik enerjisinin verilişi DAYANDI
21:55 05.03.2025
Şəmkirdə yanğın: elektrik enerjisinin verilişi DAYANDI
Prezident: Bu gün Türkiyə ilə Azərbaycan – iki qardaş ölkə nəhəng layihələr həyata keçirir
21:52 05.03.2025
Prezident: Bu gün Türkiyə ilə Azərbaycan – iki qardaş ölkə nəhəng layihələr həyata keçirir
Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
21:29 05.03.2025
Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
Mirzoyan: Ermənistan Azərbaycanla sülh müqaviləsinin bağlanmasında maraqlıdır
21:26 05.03.2025
Mirzoyan: Ermənistan Azərbaycanla sülh müqaviləsinin bağlanmasında maraqlıdır
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iftar süfrəsində iştirak ediblər
21:24 05.03.2025
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iftar süfrəsində iştirak ediblər
Aparıcı “Azəriqaz”ın rəhbəri Azər Məmmədova səsləndi: “Niyə xalqı dövlətdən iyrəndirirsiniz?”
21:18 05.03.2025
Aparıcı “Azəriqaz”ın rəhbəri Azər Məmmədova səsləndi: “Niyə xalqı dövlətdən iyrəndirirsiniz?”
İftar vaxtı – 6 mart 2025: Ramazanın 6-cü günü
20:30 05.03.2025
İftar vaxtı – 6 mart 2025: Ramazanın 6-cü günü
KİV: ABŞ Ukrayna ilə kəşfiyyat məlumat mübadiləsini dayandırıb
20:13 05.03.2025
KİV: ABŞ Ukrayna ilə kəşfiyyat məlumat mübadiləsini dayandırıb
Tramp ilk "kriptosammit"də bitkoinin strateji ehtiyatının yaradılmasını elan edəcək
19:50 05.03.2025
Tramp ilk "kriptosammit"də bitkoinin strateji ehtiyatının yaradılmasını elan edəcək
Pakistanda terror aktı nəticəsində 18 nəfər ölüb
19:40 05.03.2025
Pakistanda terror aktı nəticəsində 18 nəfər ölüb
Rusiyadan deportasiya təhlükəsi ilə üzləşən miqrantların sayı açıqlanıb
19:27 05.03.2025
Rusiyadan deportasiya təhlükəsi ilə üzləşən miqrantların sayı açıqlanıb
İkiqat SSRİ çempionu olan ukraynalı sabiq futbolçu vəfat edib
19:22 05.03.2025
İkiqat SSRİ çempionu olan ukraynalı sabiq futbolçu vəfat edib
Baş nazir: Qrenlandiya satılmır və onu əldə etmək olmaz
19:10 05.03.2025
Baş nazir: Qrenlandiya satılmır və onu əldə etmək olmaz
Millinin sabiq futbolçusu həbs edildi
18:51 05.03.2025
Millinin sabiq futbolçusu həbs edildi
NATO XİN başçılarının iclası aprelin əvvəlində Brüsseldə keçiriləcək
18:45 05.03.2025
NATO XİN başçılarının iclası aprelin əvvəlində Brüsseldə keçiriləcək
Yunanıstana qaçmaq istəyən PKK terrorçusu Ədirnədə saxlanıldı
18:34 05.03.2025
Yunanıstana qaçmaq istəyən PKK terrorçusu Ədirnədə saxlanıldı