Rahidə Baxışova: "Əks cinsdə ən çox bunları bəyənirəm"

Rahidə Baxışova: "Əks cinsdə ən çox bunları bəyənirəm"
MAQAZİN
14:18 14.06.2017
2501
"Bəzən insanların geyimi və görüşü onlar haqqında fikir formalaşdırır.
 
Amma təəsüf ki, bizdə insanı geyiminə görə qarşılayırlar. Mən isə heç vaxt bir insanı tanımadan onun haqqında fikir yürütmürəm” bu sözləri müğənni Rahidə Baxışova AZXEBER.COM-a açıqlamasında deyib.
 
Müğənni əks cinsdə onu cəlb edəcək nüansları açıqlayıb: "İlk öncə onun duruşudur. Daha sonra saçı, dırnaqları və ayaqqabısını təmizliyinə diqqət edirəm. Elə insanlar tanıyıram ki, hər dəqiqə güzgü qabağında özünə baxır. Amma elə şeyləri xoşlamıram . Oğlumda elədir. Hərdən gəlib deyir ki, ana görürsən sənin nə yaxşı oğlun var. Deyirəm bəsdi maşallah de".
 
Müğənni 15 yaşlı oğlunun seçimindən də danışıb: "Oğlumun seçiminə qarışmaram. Bəziləri kimi demirəm ki, müğənni qız almaram. Oğlumun fikrinə hörmətlə yanaşaram”
 
Nazim Qasımzadə,
AZXEBER.COM
 

OXŞAR XƏBƏRLƏR