Rahidə Baxışovanı belə görməmisiniz - FOTOLAR

Rahidə Baxışovanı belə görməmisiniz - FOTOLAR
MAQAZİN
15:57 22.06.2017
1183

 

Azərbaycanlı müğənni Rahidə Baxışova yaradıcılıq işlərindən danışıb. 

Türkiyəli müğənni Səlami Şahinin "Mümkün deyil” mahnısını fərqli formada oxuyub: "Yaradıcılığımda yeniliyim çoxdur. Bir çox yeni mahnılar yazdırmışam. Sadəcə, hələ onları mediaya təqdim etmək istəmirəm. Hər bir mahnının öz zamanı var. Klip də çəkdirmək istəyirəm. Bu ekran işini reallaşdırandan sonra övladlarımla birgə istirahətə yollanacam”.

 

R.Baxışova bildirib ki, yay mövsümünə uyğun fotosessiya da etdirib: "Bu ideyanı mənə Nərmin xanım təklif etdi, razılaşdım. Yay fəslini çox sevdiyim üçün belə bir fotosessiya etdirdim. Fotolarda daha çox gilasdan istifadə olunub. Bu da əbəs yerə deyil, çünki bu meyvəni daha çox sevirəm. İlk dəfədir ki, tamaşaçılar məni belə görür. Yəni bu ilkdir”. 


 

 

OXŞAR XƏBƏRLƏR