Raketlərimiz Azərbaycanın əmrindədir - Türkiyədən daha bir dəstək

Raketlərimiz Azərbaycanın əmrindədir - Türkiyədən daha bir dəstək
SOSİAL
13:35 17.07.2020
1618
"PUA-larımız, raketlərimiz Azərbaycanın əmrindədir”

AZXEBER.COM xəbər verir ki, bunu Türkiyənin Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir deyib.

O, Türkiyədə səfərdə olan Azərbaycan Müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-polkovnik Kərəm Mustafayev və Müdafiə nazirinin digər müavini, Hərbi Hava Qüvvələri Komandanı general-leytenant Ramiz Tahirovla görüş keçirib.

Görüş barədə sosial şəbəkə hesabında məlumat paylaşan İ.Dəmir qeyd edib: "İki qardaş ölkənin bir daha tək ürək olduğunu bütün dünyaya göstərməli olduğumuz zamanda müdafiə sənayesində də əməkdaşlıq məsələlərini müzakirə etdik".
OXŞAR XƏBƏRLƏR