“Ramada” otelin direktoru cərimələndi

“Ramada” otelin direktoru cərimələndi
SOSİAL
13:45 07.09.2019
7425
"Aristokrat Travel” Məhdud Məsuliyyətli Cəmiyyəti 2 Saylı Baki İnzibati-Iqtisadi Məhkəməsinə müraciət edərək "Ramada Hotel and Suites Baku” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Yeganə Kərimovaya qarşı iddia qaldırıb.

İddia belə əsaslandırılıb ki, "Aristokrat Travel” MMC  15 may 2018-ci il tarixdə otel fəaliyyəti ilə məşğul olan "Ramada Hotel and Suites Baku” MMC ilə müqavilə imzalayıb. Müqavilə şərtlərinə uyğun olaraq şirkət otelə 24 avqusta qədər 10 turist qrupu göndərilməli idi. Buna görə həmin gün  2000 ABŞ dolları, mayın 18-də isə 3000 ABŞ dolları məbləğində pul vəsaiti nağd qaydada otelə ödənib.

Razılaşmaya uyğun olaraq göstərilən ödəmələr otelin satış direktoru Emil Həsənov tərəfindən qəbul edilib. Ödənilmiş 5000 ABŞ dolları məbləğində vəsait sonuncu turist qruplarının ödənişi üçün istifadə olunmalı idi.  

İyunun 15-də oteldə yerləşdirilmiş elə ilk turist qruplarından oteldəki komfortsuzluq barədə çoxsaylı şikayətlər daxil olmağa başlayıb. Şikayətlərin əksəriyyəti havalandırma sisteminin işlək vəziyyətdə olmaması ilə bağlı olub. Şikayətlərin artması səbəbindən Emil Həsənova şifahi və yazılı məlumatlar göndərilib, lakin problemlər həllini tapmayıb. Bu səbəbdən iyulun 3-də 3-cü qrupun oteldən çıxması ilə bağlı Emil Həsənovla şifahi razılığa gəlinib.

Bununla da əməkdaşlığa son qoyulub, turist qruplarının otelə göndərilməsi dayandırılıb. Emil Həsənovla olan razılaşmaya uyğun olaraq verilən depozit məbləğindən 3000 ABŞ dolları otelə qəbul olunmuş 3 turist qrupunun ödənişi ilə əvəzlənib. Həmin razılaşmaya əsasən digər 2000 ABŞ dolları məbləğində vəsait dərhal qaytarılmalı idi. Lakin, edilmiş şifahi və yazılı müraciətlərə baxmayaraq 2000 ABŞ dolları məbləğində vəsait bu günə qədər qaytarılmayıb. 

Cavabdeh yeganə Kərimovaya məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməyib və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməyib.

Hakim Əfqan Ələkbərov sənədlərə nəzər yetirərək iddianı təmin edib. Yeganə Kərimovadan  2000 ABŞ dolları, 400 manat əldən çıxmış fayda və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "Arıstokrat Travel” MMC-yə ödənilməsinə qərar verilib.

"Ramada" otel qalmaqallı iş adamı, "Hafka" ləqəbli Hafiz Məmmədovun olub. Onun banklara yaranan milyonluq kredit borclarına görə Mərkəzi Bankın iddiası əsasında Səbail rayon Məhkəməsinin qərarı ilə müsadirə olunaraq biznesmendən alınıb.
 
///Qafqazinfo
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranda icazəsiz dron uçuş qadağan edildi
14:44 29.06.2025
İranda icazəsiz dron uçuş qadağan edildi
İdman zalında qadağan olunan əşya AÇIQLANDI
14:23 29.06.2025
İdman zalında qadağan olunan əşya AÇIQLANDI
Azərbaycanda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
14:07 29.06.2025
Azərbaycanda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
13:52 29.06.2025
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
Yekaterinburqda Ayaz Səfərovun məhkəməsi keçirilir
13:39 29.06.2025
Yekaterinburqda Ayaz Səfərovun məhkəməsi keçirilir
Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib
13:21 29.06.2025
Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib
Naxçıvanda qəsəbə icra nümayəndəsi qəzada ölüb - FOTO
12:59 29.06.2025
Naxçıvanda qəsəbə icra nümayəndəsi qəzada ölüb - FOTO
Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir
12:53 29.06.2025
Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir
İlham Rəhimov: "Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm"
12:46 29.06.2025
İlham Rəhimov: "Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm"
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq
12:42 29.06.2025
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq
"Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır" - Əli Vəliyev
12:40 29.06.2025
"Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır" - Əli Vəliyev
“Bu əməliyyatlar da sığortaya salınsın, insanlar ölür” - Əməkdar artist
12:38 29.06.2025
“Bu əməliyyatlar da sığortaya salınsın, insanlar ölür” - Əməkdar artist
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
12:34 29.06.2025
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Lənkəranda istirahət mərkəzin müdiri bıçaqlanıb
12:31 29.06.2025
Lənkəranda istirahət mərkəzin müdiri bıçaqlanıb
Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq, şimşək çaxacaq
12:29 29.06.2025
Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq, şimşək çaxacaq
Deputat: Rusiyada baş verən hadisə birbaşa sifarişlə həyata keçirilən prosesdir
12:26 29.06.2025
Deputat: Rusiyada baş verən hadisə birbaşa sifarişlə həyata keçirilən prosesdir