Ramaldan qalmaqallı açıqlama: “Həmkarlarım mahnılarımı oğurlayıb, satıb”

Ramaldan qalmaqallı açıqlama: “Həmkarlarım mahnılarımı oğurlayıb, satıb”
MAQAZİN
12:34 08.05.2026
365
Ramal İsrafilov illər sonra qalmaqallı açıqlama verib.

AZXEBER.COM xəbər verir ki, "Sevilən səhər" verilişində qonaq olan sənətçi bildirib ki, bəzi sənətçi dostları ona qarşı nankorluq ediblər.
 
Müğənni iddia edib ki, bəzi bəstəkar dostları evinə gələrək onun yeni bəstələrini oxuduğu zaman səsini diktofona yazıb və mahnılarını oğurlayaraq satıblar:

"Bəstəkar dostlarımız bizə gəlib səsimi diktofona yazır, mahnılarımı oğurlayırdılar. O mahnıları oğurlayıb satan bəstəkarların mahnılarımı verdiyi insanlar indi ulduzdurlar. Ad çəkməyəcəyəm.”

Ramal əlavə edib ki, onu bu məsələdə Brilliant Dadaşova ayıldıb:

"Artıq ayılmışam, indi məni aldada bilmirlər. Amma o mahnıları artıq çıxara bilmirəm, qolu-qanadı sınıb”.
 
Aysel
OXŞAR XƏBƏRLƏR