Aygün ilə Muradın “Çalxala”sı koreyalı DJ-i valeh etdi

Aygün ilə Muradın “Çalxala”sı koreyalı DJ-i valeh etdi
MAQAZİN
18:23 05.06.2026
142
Cənubi Koreyalı beynəlxalq DJ və musiqi prodüseri, "Doktor" ləqəbi ilə tanınan Sunb Azərbaycanla bağlı paylaşımı ilə diqqət çəkib.

AZXEBER.COM xəbər verir ki, o, Xalq artisti Aygün Kazımova və Murad Arifin məşhur "Çalxala” mahnısını şərh edərək əsərə valeh olduğunu bildirib.
 
DJ paylaşımında mahnı barədə xoş sözlər yazıb və Bakı üçün xüsusi sürpriz hazırladıqlarını vurğulayıb.

Sunb paylaşımında "Sərhədlər fərqli olsa da, musiqi birdir. Bakı üçün iki xüsusi hədiyyə hazırlamışıq” sözlərini qeyd edib.

Sözləri və musiqisi Murad Arifə məxsus olan "Çalxala” mahnısı yeni və fərqli remiks versiyasında təqdim olunub. Layihə sosial şəbəkələrdə izləyicilərin marağına səbəb olub.
 

OXŞAR XƏBƏRLƏR