"Ramazan ayında fələstinlilərin Məscidül-Əqsada ibadətinə məhdudiyyət qoyulacaq"

"Ramazan ayında fələstinlilərin Məscidül-Əqsada ibadətinə məhdudiyyət qoyulacaq"
DÜNYA
14:02 19.02.2024
131
Fələstinlilərin Ramazan ayında "Məscidül-Əqsa"da ibadətinə məhdudiyyət qoyulacaq.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İsrailin baş naziri açıqlamasında, Ramazan ayında fələstinlilərin "Məscidi Əqsa"ya girişi ilə bağlı təhlükəsizlik şərtləri qiymətləndirilərək balanslaşdırılmış qərarın alındığını bildirilib.

Nazir açıqlamasıda "Məscidül-Əqsa"da kimin ibadət edə biləcəyi və hansı məhdudiyyətlərin tətbiq ediləcəyi barədə məlumat paylaşılmayıb.

İsrail mətbuatında dərc olunan xəbərlərdə İsrail vətəndaşları və müəyyən yaşdan kiçik fələstinlilərin "Məscidül-Əqsa"ya girişinə qadağa qoyulacağı bildirilib.

İordan çayının qərb sahilində "Məscidül-Əqsa"da ibadət etmək istəyən fələstinli kişilərin 60 yaşdan yuxarı, qadınların isə 50 yaşdan yuxarı olmasına icazə verilməsinə qərar verilib.
 
Gülay
 


OXŞAR XƏBƏRLƏR