Bayram namazı iyulun 6-da qılınacaq.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) müqəddəs Ramazan ayının başlanması münasibətilə fətva verib.
AZXEBER.COM xəbər verir ki, fətvaya əsasən, bu il Ramazan ayının 1-i miladi təqvimlə 7 iyun 2016-cı ilə təsadüf edəcək.
“Azərbaycanda miladi təqvimlə 7 iyun, hicri tarixlə Ramazan ayının birinci günü, Eydül-Fitr (Fitr Bayramı) isə iyulun 6-na təsadüf edəcək və həmin gün ölkədə Bayram namazı qılınacaq”, - deyə, fətvada bildirilir.