Ramazan ayının gəlişi ilə əlaqədar 572 məhkum azadlığa buraxılıb

DÜNYA
11:44 20.07.2012
1616

Misir prezidenti Məhəmməd Mursi müqəddəs Ramazan ayının gəlişi ilə əlaqədar 572 məhkumun amnistiyası haqqında fərman imzalayıb.

Mursinin dekreti əsasən ötən il Təhrir meydanında saxlanılan şəxslərə aid olub. Onlardan 530-u artıq hərbi məhkəmələrdə mühakimə olunub, 42 isə hökm gözləyirdi. Qeyd edək ki, Misirdə inqilabi hərəkatlar başlayandan 11879 nəfər saxlanılıb, sonradan onlardan 9714 nəfəri azadlığa çıxıb.

OXŞAR XƏBƏRLƏR