Ramazanda düzgün qidalanma: İmsak və iftarda nə yemək məsləhətdir?

MARAQLI
17:49 26.02.2025
311
Artıq 11 ayın sultanı Ramazana sayılı günlər qalıb. Oruc tutanların sağlam şəkildə ibadət edə bilmələri və gündəlik enerji ehtiyaclarını qarşılaya bilmələri üçün Ramazan ayında qidalanma çox vacibdir. Oruc tutmaq uzun saatlar ac qalmağı tələb etdiyindən, imsak və iftarda balanslı və doğru qida qəbulu böyük rol oynayır.
 
AZXEBER.COM Ramazan ayında sağlam qidalanmaq üçün bəzi tövsiyələri oxuculara təqdim edir:
 
Mütəxəssislərin fikrincə imsak və iftar yeməklərində kifayət qədər enerji, zülal, karbohidrat, yağ, vitamin və minerallar olmalıdır. Yeməklər müntəzəm, balanslı və kifayət qədər doyurucu seçilməlidir. İmsak və iftarda kifayət qədər su və maye qəbuluna da xüsusi diqqət yetirilməlidir. Süd, qatıq, pendir, yumurta kimi zülalla zəngin qidalar və yüngül səhər yeməyi, şorba və ya tərəvəz xörəkləri kimi yüngül yeməklər də seçimlərimiz arasında olmalıdır. 
 
İstər imsakda, istərsə də iftarda həddindən artıq yağlı, duzlu, ağır yeməklərdən və unlu qidalardan uzaq durmaq lazımdır. Karbohidratla zəngin xəmir məmulatları və şəkərli qidalar qan şəkərinin səviyyəsinin qəfil artmasına və azalmasına səbəb olaraq tez acmanıza səbəb ola bilər. 
 
Ramazan boyunca ən diqqət edilməli məqam isə suyun qəbuludur. Oruc tutarkən kifayət qədər su və maye qəbulunun önəmindən danışan mütəxəssislər, su ilə yanaşı ayran, təzə sıxılmış meyvə-tərəvəz şirələri və mineral suyun da qəbul edilməsini məsləhət görürlər. Doğru və qədərində qəbul edilən maye orqanizm üçün əhəmiyyətli olduğu qədər, qəbizliyin də qarşısını alacaq. 
 
Yeməklərin çeşidləri ilə yanaşı onların bişirilmə texnikaları da önəmlidir. Qızardılmış və yağlı yeməklərin əvəzində suda qaynadılmış, manqalda, buxarda və ya qazanda bişmiş yeməklərə üstünlük verilməli, şorbalar qaymaqsız və yağsız hazırlanmalıdır. İftar üçün az yağlı ətlər seçməyi məsləhət görən mütəxəssislər, tərəvəz yeməkləri ətlə hazırlanacaqsa, onları yağdan istifadə etmədən bişirməyi tövsiyyə edirlər. 
 
iftardan sonra şirniyyat yemək istəyənlərə idə ağır və şərbətli şirniyyatların əvəzində meyvəli və süddən hazırlanan şirniyyatları yemələri tövsiyyə olunur.
 
Aysel Hacızadə
OXŞAR XƏBƏRLƏR