Ramazanda necə qidalanaq? – Dietoloqdan mühüm AÇIQLAMA

SAĞLAMLIQ
10:42 06.04.2023
310
Ramazan ayının gəlişi ilə iftar və sahurda necə qidalanmalıyıq sualı tez-tez araşdırılan mövzular sırasındadır. 

AZXEBER.COM xəbər verir ki, türkiyəli dietoloq Elanur Yılmaz Akay Ramazan ayında yemək yeyərkən nələrə diqqət edilməli olduğu ilə bağlı mühüm məlumatlar verib və xəbərdarlıq edib.

Orucun su ilə açılması lazım olduğunu deyən diyetoloq Elanur Akay "Yeməyə çox qaynamayan ilıq şorba ilə davam etmək lazımdır" deyib.

Şorbadan sonra yeməyə fasilə verilməsi lazım olduğunu bildirən Akay daha sonra bunun sağlamlıq üçün əhəmiyyətini açıqlayıb.

"Şorbadan sonra fasilə verilməlidir, burada məqsəd mədə və bağırsaq sistemini rahatlaşdırmaqdır ki, beyin tox olduğunu anlasın. Bu mənada 10 dəqiqə fasilə vermək lazımdır. Fasilədən sonra tərəvəzlərdən, ətdən, toyuqdan, balıqdan çox yağlı olmayan əsas yemək salatlardan yemək olar”.

Ayşən

OXŞAR XƏBƏRLƏR