Sabah Ramazan ayının 15-ci günüdür.
AZXEBER.COM bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 31-də Bakıda imsak saat 03:25, iftar isə saat 20:20-dədir.
Ramazan ayının 15-ci gününün duası:
"Allahummərzuqni fihi taətəl-xaşiin. Vəşrih fihi sədri bi-inabətil-muxbitin. Bi-əmanikə ya əmanəl-xaifin".
Tərcüməsi:
"İlahi, mənə bu ayda təqvalı olanların itaətini bəxş et, qəlbimi bu ayda itaət edənlərə məxsus tövbə üçün geniş aç. Sən özün aman ver, ey ürəklərində Allah qorxusu olanların ümidgahı!"