12 iyun 2025-ci il tarixində Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilmiş Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 14-cü Plenar Sessiyasında vacib qərar qəbul edilib.
AZXEBER.COM xəbər verir ki, sessiyada Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın təklifi ilə deputat Ramil Həsənin namizədliyi irəli sürülüb.
Sessiyada iştirak edən üzv ölkələrin parlament sədrləri və millət vəkilləri bu təklifi yekdilliklə dəstəkləyərək, Milli Məclisin deputatı Ramil Həsəni TÜRKPA-nın yeni Baş Katibi seçiblər.