Ramil Qasımov: ""Nəsimi" operası yaradıcılığımın dönüş nöqtəsidir"

Ramil Qasımov: ""Nəsimi" operası yaradıcılığımın dönüş nöqtəsidir"
MƏDƏNİYYƏT
16:29 19.12.2025
523
Azərbaycan mədəniyyət tarixində mühüm hadisə kimi dəyərləndirilən "Nəsimi” operası, ölkəmizdə ilk dəfə süni zəka texnologiyalarından istifadə olunaraq hazırlanmış səhnə həlli ilə tamaşaçılara təqdim ediləcək. Tamamilə yeni və fərqli quruluşda səhnələşdirilən bu opera, müasir texnologiya ilə klassik operanın sintezinin bariz nümunəsidir.

AZXEBER.COM xəbər verir ki, tanınmış opera ifaçısı əməkdar artist Ramil Qasımov bildirib ki, akademik Rafael Hüseynov və Xalq Artisti Siyavuş Kəriminin ərsəyə gətirdiyi bu opera onun yaradıcılığında xüsusi yer tutur və dərin mənəvi məsuliyyət daşıyır.

Tamaşa 3 mart tarixində, saat 19:00-da, Heydər Əliyev Sarayında nümayiş olunacaq.

Operanın yaradıcı heyəti yüksək peşəkarlığı ilə seçilir:

Quruluşçu rejissor əməkdar artist– İnarə Babayeva
Quruluşçu dirijor – Teatrın baş dirijoru, Əməkdar artist Əyyub Quliyev
Quruluşçu rəssam – Nərgiz Quliyeva
Quruluşçu xoreoqraf – əməkdar artist Yura Labaçovdur

Ramil Qasımov layihənin ərsəyə gəlməsində əməyi olan bütün yaradıcı və texniki heyətə təşəkkürünü bildirərək, xüsusilə bu möhtəşəm səhnə işinə göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə minnətdarlığını ifadə edib.

Sənətçi həmçinin teatrın direktoru, dünya şöhrətli tenor, ölkəmizin fəxri, Xalq artisti Yusif Eyvazova göstərdiyi diqqət və dəstəyə görə xüsusi təşəkkürünü bildirib.

"Opera bir həyatdır”, – deyə Ramil Qasımov vurğulayıb.
 

 

 


OXŞAR XƏBƏRLƏR