Ramil Səfərovun öldürdüyü erməni zabitin atası özünü bıçaqladı

DÜNYA
13:24 05.09.2013
1918

Azərbaycanlı zabit Ramil Səfərovun qətlə yetirdiyi erməni zabit Qurgen Markaryanın atası Artuş Markaryan özünü öldürmək istəyib. Lent.az-ın “Faktİnfo” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə İrəvanın Muş məhəlləsindəki A. Markaryanın mənzilində baş verib.

O, bıçaqla özünə bir neçə zərbə endirib və venalarını kəsib. A. Markaryan səhərə yaxın “Malatiya” tibb mərkəzinə çatdırılıb və əməliyyat olunub. İlkin məlumatlara əsasən, ata Markaryanın mədəaltı vəzisi zərər çəkib. Hazırda onun vəziyyəti kifayət qədər ağır qiymətləndirilir: “O, aparatla nəfəs alır. Əməliyyat uğurla keçdi, qanaxma dayandı, lakin daxili orqanlar zərər görüb”.

Hələ ki,Artuş Markaryanın nə səbəbə intihar etdiyi açıqlanmır.

OXŞAR XƏBƏRLƏR