Ramil Şeydayevin komandasına cəza verildi

Ramil Şeydayevin komandasına cəza verildi
SOSİAL
23:41 10.04.2024
248
Azərbaycan millisinin üzvü Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor” Türkiyə Futbol Federasiyası tərəfindən (TFF) cəzalandırılıb.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə İntizam Komitəsi məlumat yayıb. 

Klubun cəzalanmasına səbəb "Göztepe” ilə matçda azarkeşlərin davranışları olub. 1-ci liqa təmsilçisi növbəti ev oyununu azarkeşsiz keçirəcək. Həmçinin klub 112 min TL (5,896.43 manat) məbləğində cərimələnib.

Qeyd edək ki, "Kocaelispor” 29 turdan sonra 49 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

OXŞAR XƏBƏRLƏR