Ramil Usubov bu rayonun polis rəisini dəyişdi

Ramil Usubov bu rayonun polis rəisini dəyişdi
SOSİAL
16:10 28.08.2018
5383
Goranboy Rayon Polis Şöbəsinə yeni rəis təyin olunub.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə polis polkovnik-leytenantı Qədirov Ramin Əhmədağa oğlu Goranboy Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

R.Qədirov bu təyinata kimi Qəbələ Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, bir neçə gün əvvəl daxili işlər nazirinin əmri ilə Goranboy Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azadəliyev Fəqan Cəbrayıl oğlu vəzifəsindən azad olunaraq sərəncama göndərilmişdi.
OXŞAR XƏBƏRLƏR