Ramil Usubov deputatın qardaşını rəis təyin etdi

SOSİAL
10:22 30.03.2016
3328
Əliyev millət vəkilinin qardaşıdır.
Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov yeni polis rəisi təyin edib.
Nazirin imzaladığı əmrə əsasən, millət vəkili Sahib Əliyevin qardaşı Bayram Əliyev Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinə rəis təyin edilib.
Qeyd edək ki, bundan əvvəl Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinin rəisi vəzifəsini Hikmət Usubov tutub. H.Usubov az öncə Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinə rəis təyin edilib.
/// Axar.az

OXŞAR XƏBƏRLƏR