Ramil Usubov Gəncədə vətəndaşları qəbul edəcək

Ramil Usubov Gəncədə vətəndaşları qəbul edəcək
SOSİAL
18:43 04.10.2017
985

Azərbaycan daxili işlər naziri, general-polkovnik Ramil Usubov oktyabrın 28-də saat 10:00-da Gəncə Şəhər Baş Polis İdarəsində Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən şəhər və rayonlarının sakinlərini qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, vətəndaşlar daxili işlər orqanları əməkdaşlarının fəaliyyətinə və nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

OXŞAR XƏBƏRLƏR