Ramil Usubov nazirin qardaşı oğluna vəzifə verdi

Ramil Usubov nazirin qardaşı oğluna vəzifə verdi
SOSİAL
10:55 28.04.2017
6255

Azərbaycanın iki rayonuna yeni polis rəisi təyin edilib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) rəisi Quliyev Mübariz İlyas oğlu vəzifəsindən azad edilib. O, Cəlilabad RPŞ-nin rəisi vəzifəsinə təyin edilib.

Nazirin digər əmri ilə Cəlilabad RPŞ-nin rəisi Namiq Əlihüseyin oğlu Camalov vəzifəsindən azad edilərək Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) rəisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Namiq Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı oğludur.

///report
OXŞAR XƏBƏRLƏR