Ramil Usubov polis rəislərinə xəbərdarlıq etdi

Ramil Usubov polis rəislərinə xəbərdarlıq etdi
18:00 28.01.2013
2426
Bakı və İsmayıllıda baş verən hadisələrə Daxili İşlər Nazirliyində kollegiya iclasında nazir Ramil Usubov da toxunub. 
Bu hadisələri siyasi deyil, 200-ə yaxın adamın xuliqanlıq hərəkəti kimi qiymətləndirib. Ramil Usubov çıxışında bildirib ki, ictimai asayiş, vətəndaşların qanuni mənafeləri əvvəlki dövrlərdə olduğu kimi ötən il də etibarlı qorunub, qarşıda duran vəzifələr vaxtında və tam yerinə yetirilib.Ramil Usubov kollegiya iclasında son zamanlar ötən il qəza hadisələri zamanı ölənlərin sayının 15 faiz artmasına diqqəti yönəldib. Nazir xüsusilə bölgələrdə ölüm hallarının artdığını vurğulayaraq, bəzi rayonların orqanlarının rəhbərlərinə xəbərdarlıq da edib.
OXŞAR XƏBƏRLƏR