Ramil Usubov rəisi təqaüdə göndərdi - Yeni təyinat

Ramil Usubov rəisi təqaüdə göndərdi - Yeni təyinat
SOSİAL
14:49 14.03.2019
3025
Daxili işlər naziri Ramil Usubov yeni polis rəisi təyin edib.

AZXEBER.COM unikal.org-a istinadən xəbər verir ki, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Gədəbəy Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Məhərrəm Quliyev təqaüdə göndərilib.

Nazirin digər əmri ilə, Mehman Zeynalov Gədəbəy Rayon Polis şöbəsinin rəisi təyin olunub. O, bu təyinata qədər Mingəçevir Şəhər Polis şöbəsinin rəis müavini olub.

Xəbəri Gədəbəy Rayon Polis şöbəsindən təsdiqləyiblər.
OXŞAR XƏBƏRLƏR