Ramil Usubovdan yeni təyinatlar - Yavər Camalovun qardaşı oğlu rəis oldu

Ramil Usubovdan yeni təyinatlar - Yavər Camalovun qardaşı oğlu rəis oldu
SİYASƏT
12:06 05.09.2017
1999
Bakının dörd rayonuna yeni polis rəisləri təyin olunub.

AZXEBER.COM "Report”a istinadən məlumatına görə, polis polkovnik-leytenantı Emin Çələbiyev Nizami Rayon Polis İdarəsinin (RPİ) 23-cü Polis Bölməsinin, polis polkovnik-leytenantı Eldar Qazıbəyov Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin, polis mayoru Elnur Əliyev Suraxanı RPİ-nin 30-cu Polis Bölməsinin, polis polkovnik-leytenantı Natiq Camalov isə Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Natiq Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı oğludur.
OXŞAR XƏBƏRLƏR